Aghasiyev Chess

Məşqçi ilə kursa yazılmaq istəyirsiniz?

Həsən Məmmədəliyev

Rusiya Federasiyası idman ustasına namizəd

Tədris dilləri: Azərbaycan, Rus, Türk, İngilis Dillərində.

Məqsəd: Məqsədim şagirdlərin bu şah oyununun sirrlərini dərk etmələri, öz səhvləri üzərində işləmələri və çətinliklərə baxmayaraq irəliyə doğru addımlamalarını təmin etməkdir.

İş təcrübəsi: 10 ildən çox məşqçilik fəaliyyəti.

Novqorod Kreml Şahmat Məktəbində – Rusiya

Respublika Şahmat Məktəbində -Azərbaycan.

Hal-hazırda isə Türkiyənin İstanbul şəhərində beynəlxalq məktəblərdə dərs deyir.

Nailiyyətlər:Müxtəlif yaş kateqoriyalarında Respublika çempionatlarının mükafatçılarını yetişdirmişdir
Ümumdünya və Avropa çempionatlarının iştirakçıları üçün Tədris-Təlim toplanışlarına rəhbərlik etmişdir.
Bir sıra tələbələr hər il keçirilən turnirlərdə müxtəlif kateqoriyalar üzrə mükafatçı və çempion olmuşlar

Nəzəriyyə ilə yanaşı, ədəbiyyat, jurnalistika və şahmat tarixindən dərs deyir.